Koronavirusa qarşı yeni anticisimlər tapıldı

16 Yanvar 2021 12:48

Beynəlxalq alimlər qrupu SARS-CoV-2-yə qarşı yeni anticisimlər müəyyənləşdirib və dəqiqləşdiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmada qeyd olunur ki nanotellər klassik anticisimlərdən daha kiçikdirlər və çox miqdarda istehsal oluna bildikləri üçün toxumaya daha yaxşı nüfuz edirlər.

Alimlər eyni zamanda nanoteli virusun müxtəlif hissələrinə hücum edən xüsusi təsirli molekullara birləşdirməyi bacarıblar.

Doktor Florian Şmidtin sözlərinə görə, immunitet sistemi demək olar ki, sonsuz sayda fərqli anticisim istehsal edir, lakin bunların az bir qismi koronavirusu məğlub edə bilər.

Milli.Az