Poçettino PSJ-də nə qədər qazanacaq?

16 Yanvar 2021 12:24

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun Paris klubundakı məvacibi açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Argentinalı mütəxəssisin ilk mövsümündə 6,3 milyon avro qazanacağı bildirilib.

48 yaşlı çalışdırıcının gələn il üçün maaşı 7,5 milyon avro, növbəti il isə 8,04 milyon avro nəzərdə tutulub. 

Qeyd edək ki, PSJ Poçettino ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb

Milli.Az