"Çelsi"dən Superliqa klubuna

16 Yanvar 2021 09:29

"Çelsi"nin futbolçusu Deniel Drinkuoter karyerasını Türkiyədə davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "Kasımpaşa" ilə razılaşıb. O, Superliqa klubunda icarə əsasında çıxış edəcək.

Artıq İstanbula gələn ingiltərəli oyunçunun tibbi müayinədən keçdikdən sonra sonra rəsmi müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, Deniel Drinkuoter bu mövsüm oyuna çıxmayıb.

Milli.Az