ÜST indiyədək dünyada vaksinasiyaya başlayan ölkələrin sayını açıqladı

16 Yanvar 2021 09:14

Bu günə qədər 46 ölkədə koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun köməkçisi Mariancela Simao brifinqdə məlumat verib.

"46 ölkədə peyvəndlərin tətbiqinə başlanılıb, onlardan 38-i yüksək gəlirli ölkələrdir", - xanım Simao belə deyib.

Onun sözlərinə görə, gəliri az olan ölkələrdə də vəziyyəti düzəltmək və vaksinasiyaya başlamaq üçün COVAX mexanizmi hazırlanılıb: "Yanvar ayında deyil, ancaq ümid edirik ki, artıq fevralda yaxşı xəbərlərimiz olacaq".

Milli.Az