Poçettino koronavirusa yoluxdu

16 Yanvar 2021 09:19

PSJ-nin baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı argentinalı mütəxəssisdən götürülən test nümunələrinin cavablarının müsbət olduğu və onun artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, son günlər PSJ-də müdafiəçilər Kolen Daqba və Tilo Kerer də koronavirusa yoluxub.

Milli.Az