İranda güclü zəlzələ baş verib

16 Yanvar 2021 08:13

İranın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az