Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb

15 Yanvar 2021 23:10

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 55 761 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 316 019 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 280 nəfər ölüb, ölənlərin sayı 87 295 nəfər təşkil edir.

Milli.Az