Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü

15 Yanvar 2021 22:10

Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, hazırkı dövrədək dünyada koronavirusa 93 418 283 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 2 000 905 nəfər ölüb, 51 536 442 nəfəri isə sağalıb.

Milli.Az