Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olan Elvin Məmmədov - FOTO

15 Yanvar 2021 20:55

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Məmmədov Elvin Tərlan oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, E. Məmmədov 1992-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində doğulub.

O, oktyabrın 3-ü Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az