Huawei BlackBerry-dən 90 patenti satın aldı

19 Yanvar 2021 20:45

Smartfon istehsalçılarının patentləşdirmə istiqamətində güclü rəqabət apardığı vaxtda Huawei maraqlı addım atıb. Şirkət BlackBerry-dən 90 patent alıb. Bu patentlərin çoxunun təhlükəsizliklə əlaqəli olduğu deyilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, BlackBerry-nin maliyyə direktoru Steven Capelli bir neçə gün öncə çıxan hesabatda bu patentlərlə bağlı bəzi açıqlamalar verib. Bildirib ki, ABŞ Patent və Ticarət Nişanı Bürosu (ABŞ PTO) patentlərin köçürüldüyünü təsdiqlədiyib.

Hazırda mövzu ilə bağlı rəsmi bir açıqlama olmasa da, BlackBerry-ə görə, bunların bəziləri ABŞ-da alınan patentlərlə əlaqəlidir. Ehtimal olunur ki, patentlər mətnlərin necə təqdim ediləcəyi və GPS məlumatlarının necə əldə olunacağı ilə bağlıdır.

Milli.Az