Daşkəsəndə yük maşını aşıb,1 nəfər ölüb

15 Yanvar 2021 18:04

Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Daşkəsən rayonu ərazisində "МАZ" markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Süleymanov Şahin Abbas oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az