Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi

15 Yanvar 2021 17:48

Dünyanın koronavirus pandemiyasından sonra əvvəlki vəziyyətinə qayıtması az inandırıcıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin Cenevrədəki mənzil-qərargahının rəhbəri Tatyana Valovaya deyib.

O bildirib ki, pandemiya artıq təhdid halını alıb: "Artıq heç kim inanmır ki, pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıdacaq, bu, real görünmür"