“Samsung” şirkəti ən ucuz “Galaxy A32 5G” smartfonunu təqdim edib

19 Yanvar 2021 20:50

"Samsung" şirkəti "Unpacked 2021" adlı genişmiqyaslı təqdimat çərçivəsində "Galaxy A32 5G" adlı daha bir smartfonunu təqdim edib. Gözlənildiyi kimi, qurğu beşinci nəsil mobil şəbəkələrini dəstəkləyir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Galaxy A32 5G" aparatı HD təsvir ölçülü 6,5 düymlük ekran, 13 mp-lik ön kamera və 4-dən 8 QB-dək əməli yaddaşla təchiz edilib. Bütün variantlarda daxili yaddaşın tutumu 128 QB təşkil edir. Yeni model "MediaTek Dimensity 720" prosessoru ilə işləyir.

Qurğu 5000 milliamper/saat tutumlu akkumulyator, 48, 8, 5 və 2 mp-lik sensorlardan ibarət əsas kameraya malikdir. Smartfonun dəqiq qiyməti və satışa çıxarılma tarixi haqqında informasiya bir müddət sonra açıqlanacaq.

Milli.Az