ABŞ administrasiyası “Xiaomi” şirkətini qara siyahıya daxil edib

19 Yanvar 2021 19:30

ABŞ administrasiyası hərbçilərlə əlaqəsinə görə amerikalı investorlar üçün qadağan edilmiş firmaların siyahısına Çinin 9 şirkətini əlavə edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, həmin siyahıda, həmçinin "Xiaomi" smartfon istehsalçısı və "Comac" aviadaşıyıcısı yer alıb.

"Röyters" agentliyinin məlumatına görə, 11 noyabr 2021-ci il tarixinədək amerikalı investorlar öz aktivlərini adları qara siyahıya daxil edilmiş Çin firmalarından çıxarmalıdır.

Milli.Az