II Qaregin Bakıdakı erməni kilsəsinə getdi

26 Aprel 2010 18:01
Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, dini liderlərin təhlükəsizliyi baxımından kilsə ərazisi polis tərəfindən əhatəyə alınıb. Bu səbəbdən televiziyalar yalnız dini liderlərin maşın karvanını lentə ala biliblər.

Xatırladaq ki, Dini liderlərin Ümumdünya sammiti bu gün işinə başlayıb. Sammit çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və Ümumrusiya patriarxı ikinci Kirill, bütün ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra isə 3 dini lider birgə bəyannamə qəbul ediblər.

Milli.Az