Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi

15 Yanvar 2021 17:19

Xızıda qohumunu güllələməkdə təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, cinayət işi baxılmaq üçün Xızı rayon məhkəməsinə göndərilib. Prosrsə sədrlik Xızı rayon məhkəməsinin hakimi Rəşad Qoşqarlıya tapşırılıb.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Rauf Fərzəliyev aralarında baş vermiş mübahisə nəticəsində ov tüfəngi ilə dayısı Vahid Əhmədovu güllələyib.

Milli.Az