"Sabah" daha 1 futbolçusu ilə yollarını ayırdı

15 Yanvar 2021 17:49

"Sabah" futbolçusu Ulisse Diallo ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.

28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, Diallo 2019-cu ildən "Sabah"da çıxış edirdi. 

Milli.Az