Tuğba ərə gedir

15 Yanvar 2021 17:44

Ötən gün müğənni Tuğba Ekinci kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nişantaşı səmtində görüntülənən ifaçının yanında sevgilisi Berk Fenercioğlu da olub. Jurnalistlərin suallarını cavablandıran müğənni şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

"Hazırda münasibətimiz çox yaxşıdır. Yayda Bodrumda tanış olduq. Ailəli kimiyik. Bodrumda birlikdə yaşayırıq" deyə, o, bildirib. Tuğbanın sevgilisi isə "nə vaxt evlənirsiniz" sualına "Hər an hər şey ola bilər. Sürpriz olsun. Əvvəldən açıqlamayaq. Bəlkə, yaxın zamanlarda toyumuz oldu" cavabını verib.

Milli.Az