Ermənistanda son sutkada COVID-19-a 396 yoluxma qeydə alınıb, 11 nəfər ölüb

15 Yanvar 2021 12:49

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 396 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 163 972 yoluxma qeydə alınıb.

Ermənistanda indiyədək COVID-19-dan 2974 nəfər ölüb.

Milli.Az