Hindistanda yol qəzasında 11 nəfər ölüb

15 Yanvar 2021 12:09

Hindistanın Karnaraka ştatında yük avtomobilinin sərnişin avtofurqonu ilə toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Hindustan Times" qəzetinin yazır ki, ölənlərin əksəriyyəti qadındır. Avtofurqonun sürücüsü də qəzada ölüb.

Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Milli.Az