5 otaqlı ev yanıb

15 Yanvar 2021 09:19

Göyçay rayonunda yanğın baş verob.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az