Bakıda ev yanıb

14 Yanvar 2021 23:56

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az