Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq

14 Yanvar 2021 18:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

Ö. Çelik qeyd edib ki, bu gün AKP-nin növbəti iclası başa çatdıqdan sonra Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd olunacaq.

Milli.Az