Qubada 10 küçəyə şəhidlərin adı verilib

14 Yanvar 2021 18:47

Qubada adsız olan 10 küçəyə şəhidlərin adı verilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Quba rayon icra başçının birinci müavini Tariyel İbrahimov deyib. Onun sözlərinə görə, şəhidlərdən 7-si Quba şəhərindən olanlardır:

"Cari ilin əvvəllərində sözügedən 10 küçə abadlaşdırılıb. Yeni asfalt çəkilib, səkiətrafı işlər görülüb. Hazırda isə həmin küçələrin adlandırma prosesi gedir. Vətən müharibəsi iştirakçısı və o cümlədən, generarl-mayor Polad Həşimovun da adı o adlar arasında var".

T.İbrahimov qeyd edib ki, Vətən müharibəsində canından keçmiş Quba şəhərindən olan 47 şəhid var. Digər hərbçilərin adlarının verilməsi istiqamətində işlər mərhələli şəkildə davam edir.

Milli.Az