"ICESCO-nun texniki missiyasının hazırlayacağı hesabat ədalətli olacaq" - Baş direktor

14 Yanvar 2021 17:15

ICESCO-nun texniki missiyasının hazırlayacağı hesabat çox ədalətli olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ICESCO-nun texniki missiyası Azərbaycana səfər edəcək. Missiya işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı hesabat hazırlayacaq.

Milli.Az