Premyer Liqanın daha bir oyunu təxirə salındı

14 Yanvar 2021 17:25

İngiltərə Premyer Liqasının 19-cu turunun "Aston Villa" - "Everton" matçı koronavirus səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna meydan sahibi komandanın 9 futbolçusu və 5 klub işçisində koronavirus aşkarlanması səbəb olub. Baş verənlərə görə Birmingem təmsilçisinin bazası 2 həftəlik karantin üçün bağlanıb.

Qeyd edək ki, sözügedən qarşılaşma yanvarın 17-i keçirilməli idi.

Milli.Az