“Barselona” 23 ildən sonra - penaltilər seriyasında

14 Yanvar 2021 17:03

İspaniyanın "Barselona" klubu 23 ildən sonra penaltilər seriyasında iştirak edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu, Superkubokun yarımfinalına təsadüf edib.

"Real Sosyedad" qarşılaşma 1:1 hesabı ilə başa çatdığından qalib "lotereya"da müəyyənləşib. Barselonanın eyniadlı təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

Kataloniyalılar sonuncu dəfə penalti seriyasında 1998-ci ilin aprelində qüvvəsini sınayıb. Ölkə kubokunun finalında "Malyorka" üzərində qələbə əldə olunub - 1:1, pen.5:4. Maraqlıdır ki, "Real Sosyedad"la görüşdə həlledici penaltinin müəllifi olan 21 yaşlı Rikard Puç həmin vaxt dünyaya gəlməmişdi.

Milli.Az