Ulaş aktrisa ilə evlənir

14 Yanvar 2021 16:58

Aktrisa Rojda Demirer bir müddət əvvəl eşq yaşamağa başladığı Ulaş Kıyakla evlilik yolunda ilk addımı atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur cütlük ailələr arasında kiçik mərasimlə üzük taxaraq nişanlanıblar. Onlar pandemiyadan sonra nikah masasına oturmaq üçün hazırlıqlara başlayıblar.

Qeyd edək ki, Rojda Demirer hazırda yeni ekranlara gələn "Maraşlı" serialında əsas rollardan birini canlandırır.

Milli.Az