Bu ölkədə elektrik enerjisinin tarifləri sürətlə artır

15 Yanvar 2021 07:35

İspaniyada elektrik enerjisinin tarifləri sürətlə artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qiymət artımı ölkədə anomal soyuqların yaşandığı bir vaxtda baş verir. Bu, könüllü qiymətqoyma haqqında müqavilə bağlamış istehlakçılara daha çox təsir göstərir. Artım çoxlarının hesab etdiyi kimi, hökumətin birbaşa qərarının nəticəsi deyil, elektrik enerjisi bazarının fəaliyyətinin təbii təzahürüdür.

Yaranmış vəziyyətlə əlaqədar ölkədə enerji islahatlarının aparılması tələbləri də çoxalır.

Qeyd edək ki, bu günlərdə İspaniyada kəskin soyuqlar hökm sürür. Yanvarın 12-si İspaniyada son 20 ilin ən soyuq günü olub.

Milli.Az