Ermənistan və Rusiya səfirləri arasında gərginlik

14 Yanvar 2021 16:56

Arsen Xaratyan heç bir diplomatik statusa malik deyil və tez-tez Vaşinqtondakı Ermənistan səfirliyini ziyarət edir, bu da diplomatik nümayəndəliyimizə hörməti azaldır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Veto" ictimai hərəkatının rəhbəri Narek Malyan öz Feysbuk səhifəsində "Sorosçuların Ermənistanın diplomatik münasibətlərini necə korladığına dair kiçik bir hekayə" adlı paylaşımında yazıb.

"Bu yaxınlarda Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyanın atası ölüb. Bununla əlaqədar olaraq, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Varujana zəng edərək başsağlığı verib və Ermənistan səfirliyini ziyarət etmək arzusunu ifadə edib.

Antonov Ermənistan səfirliyinə yollanıb və orada məşhur sorosçu Arsen Xaratyanı görərək hiddətlənib və əsəbiləşib.

Ermənistan və Rusiya səfirləri arasında gərgin bir söhbət gedib. Ermənistan səfiri Xaratyanı səfirliyin ərazisindən çıxarmağa çalışıb.

Rusiya səfiri isə bir daha narazılığını bildirərək Ermənistan səfirliyinin ərazisini tərk edib", - deyə Narek qeyd edib.

Milli.Az