ÜST-dən koronavirusla bağlı PROQNOZ: İkinci il DAHA TƏHLÜKƏLİ olacaq

15 Yanvar 2021 01:30

Koronavirus pandemiyasının ikinci ili bəşəriyyət üçün birincisindən daha təhlükəli ola bilər.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan deyib.

"Biz pandemiyanın ikinci ilinə qədəm qoyuruq və bu il koronavirusun yayılma dinamikasını nəzərə alsaq, daha çətin ola bilər", - deyə Rayan bildirib.

ÜST rəsmisi əlavə edib ki, son iki həftə ərzində quruma daxil olan məlumatlar yoluxmanın yenidən pikə qalxdığını göstərir.

Milli.Az