Yüz minlərlə hindistanlı dini festivalda - Virusu heçə saydılar - FOTO

14 Yanvar 2021 17:13

Yüz minlərlə hindistanlı, dünyanın ən böyük dini təşkilatı olan "Kumbh Mela"  festivalına başlamaq üçün Qanq sahillərinə enib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hər 12 ildə bir dəfə təşkil edilən bu ilki həcc ziyarətinə təxminən bir milyon insanın qatılması gözlənilir. Ancaq bu gün başlayan tədbirə qatılan zəvvarların inanclarının onları Covid-19-dan qoruyacağını düşünərək maskalara və sosial məsafə tədbirlərinə məhəl qoymadıqları görülüb.

Qeyd edək ki, indiyə kimi Hindistanda 10 milyondan çox yoluxma qeydə alınıb. 155 min ölümlə ABŞ-dan sonra ən çox təsirlənən ikinci ölkədir.

Milli.Az