Türkiyədə yeni pilotsuz təyyarə belə test olundu - VİDEO

14 Yanvar 2021 17:06

Türkiyənin yeni "Akıncı" adlı pilotsuz uçuş aparatı test edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, ağır çəkili "Akıncı"nın üçüncü prototipinin testləri uğurla başa çatıb. "Akıncı" 12000 metrdən yüksəklikdə 24 saata qədər uçma qabiliyyətinə malikdir.

Qeyd edək ki, "Bayraktar Akıncı" - Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsidir.

Milli.Az Türkiyənin yeni İHA Akıncının keçirilən test görüntülərini təqdim edir:

Mahir Budaqov
Milli.Az