Türkiyədə 100 mindən çox səhiyyə işçisi peyvənd olunub

14 Yanvar 2021 15:42

Türkiyədə koronavirusa qarşı peyvənd olunan səhiyyə işçilərinin sayı 100 mini keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. Səhiyyə işçilərinin peyvəndlənməsində təcili istifadə icazəsi verilən Çinin "Sinovac" şirkətinin "CoronVac" vaksininin istifadə olunduğu qeyd olunub.

"An etibarı ilə 1-ci doza peyvənd olunan səhiyyə işçilərinin sayı 100 mini keçdi. Türkiyə peyvəndləmə kampaniyasını aparmaqda güclü bünövrəyə sahibdir. Bu gücə inanan, dəstək verən hər kəsə təşəkkür edirəm", - F.Qoca bildirib.

Milli.Az