Türkan efirdə Pərvizdən danışdı: “Məndən xəbərsiz iş görmək olmaz” - VİDEO

14 Yanvar 2021 19:01

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Türkan Vəlizadə olub.

Milli.Az bildirir ki, gənc müğənni Pərviz Bülbülə ilə aralarında yaşanan narazılıqdan danışıb:

"Bir işçim var idi, işdən çıxarmışdım. Onunla bağlı çox stress keçirmişdim. Pərviz də bilə-bilə onu işə götürüb. Toyların birinə Pərvizlə birgə dəvət almışdıq. Mənə zəng gəldi. İşdən çıxardığım işçim idi. Dedi ki, restoranın qarşısında sizi gözləyirik. Dedim sən niyə məni dəvət edirsən? Dedi ki, mənim heç bir günahım yoxdur, artıq Pərvizlə işləyirəm. Həmin toya getmədim. Əgər mən o işçiyə güvənməyərək uzaqlaşdırmışamsa, demək ki, məsləhətli adam deyil. Pərviz, sən niyə onu yanına işçi kimi gətirirsən? Biz birgə çalışırıqsa, məndən xəbərsiz iş görmək olmaz. İndiyə kimi bilmədim ki, Pərviz niyə belə addım atdı".

Milli.Az