Keniyada koronavirusun 16 yeni forması aşkar edilib

14 Yanvar 2021 15:10

Keniyanın cənub-şərqində koronavirusun 16 yeni ştammı aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Keniya Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri bildirib.

Mütəxəssislər hesab edir ki, virusun bu növləri unikal xüsusiyyətlərə malikdir və hələlik dünyanın heç bir ölkəsində müşahidə olunmayıb.

Qeyd olunur ki, bu ştammlar genetik baxımdan Böyük Britaniya və CAR-da aşkar olunmuş ştammlardan fərqlənir. Onlar daha sürətlə yoluxma xüsusiyyətinə malikdir və yoluxan şəxsdə bu virusları müəyyən etmək daha çətindir.

Mütəxəssislər ölkədə yoluxma sayının sürətlə arta biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, Keniyada bugünədək 98 mindən çox yoluxma qeydə alınıb, 1 716 nəfər vəfat edib.

Milli.Az