“Evdən pul oğurlayıb, qumar oynamışam” - Manaf Ağayev - VİDEO

14 Yanvar 2021 18:55

ARB TV-nin "Onun Sirri" verilişində ifaçı Manaf Ağayev qonaq olub.

Milli.Az bildirir ki, gənclik illərindən danışan sənətçi maraqlı etiraf edib:

"Çox gənc yaşlarımda evdən pul oğurlayıb, qonşu uşaqlarla qumar oynamışam. Kənd yeri idi, pul lazım olurdu, mən də başqa yerdən oğurlaya bilməzdim. Ona görə də öz evimizdən oğurluq edirdim. Bir gün anam dedi ki, pul qoymuşdum, yoxdur. Əvvəlcə inkar etdim. Sonda bilindi. Anama yalvardım ki, atama deməsin, amma dedi. Atam da məni ağacla yaxşıca döydü. Bu gün o illəri xatırlayanda özümə gülməli gəlir".

Milli.Az