Çin gömrüyündə güclü partlayış olub: 1 ölü, 7 yaralı

14 Yanvar 2021 18:44

Çinin şimalında Tianjin şəhərində xüsusi gömrük zonası ərazisində güclü partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə TWC avtomobil komponentlərinin tədarükçüsünün olduğu yerdə baş verib.

Partlayış nəticəsində azı bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, partlayışın səbəbləri araşdırılır.

Milli.Az