Bitcoin-dən gəlirli “TOP-5” şirkətlər

24 Yanvar 2021 22:50

Bitcoin dekabrın 26-sı 6.3% bahalaşaraq tarixi maksimum qiymətini yeniləməyi bacardı. Bitstam birjasında 1 BTC 25.985 dollara çatdı. Bununla da, illik 349% artım ilə bitcoin bir daha sübut etdi ki, yeni nəsil maliyyə aktivi kimi digər ənənəvi maliyyə alətlərindən (səhm, istiqraz, əmtəə, daşınmaz əmlak) daha sərfəli investisiyadır. Lakin buna baxmayaraq elə şirkətlər var ki, onların səhmləri öz sahiblərinə 2020-ci ildə bitcoin-dən daha çox gəlir gətirib. Bu şirkətlər ilə tanış olaq.

Tesla - elektromobil istehsalçısı olan Tesla şirkətinin səhmləri illik 679% gəlir ilə ilin ən bahalı səhmləri kimi tarix yazdı. Yanvar ayında 84.9 dollar olan şirkətin səhmləri 661.77 dollara qədər artdı.
Enphase Energу - bərpaolunan enerjinin idarəetməsi üzrə şirkət olan Enphase Energу (ENPH) səhmləri 2020-ci ildə 587% gəlir gətirib. ENPH səhmləri 26.37-dən 181.39 dollara qədər artıb.
Moderna Inc. - biotexnologiya şirkəti olan Moderna Inc. (MRNA) səhmdarlarına 530% gəlir gətirib. Səhmləri 19.57-dən 123.39 dollara qədər artıb.
Peloton - interaktiv fitnes platforması Peloton-un səhmləri 463% gəlir gətirib. Səhmlər 28.90-dan 162.72 dollara qədər artıb.
Zoom Video Communications - 2020-ci ildə Zoom-un səhmləri 68.80 dollardan 375.17 dollara qədər artım göstərərək öz səhmdarlarına 445% gəlir gətirib.

Milli.Az