Pilotsuz üzən robot təqdim olunub

24 Yanvar 2021 23:15

Kanadanın "Saildrone" şirkəti "Saidrone Surveyor" adlı pilotsuz üzən robotu təqdim edib.

Milli.Az seanews.az-a istinadən bildirir ki, uzunluğu 22 metr olan üzən vasitə günəş batareyaları və külək enerjisi ilə çalışır.

Robot açıq dənizdə bir ildən çox çalışmaq qabiliyyətinə malikdir. Üzən vasitənin əsas vəzifəsi okeanları öyrənmək və dəniz dibinin xəritələrini yaratmaqdır.

"Saidrone Surveyor" hidroakustik qurğular vasitəsilə 7 kilometr dərinliyə qədər dəniz dibinin xəritəsini yarada bilər.

Milli.Az