İranda 81 nəfər koronavirusdan ölüb

14 Yanvar 2021 18:28

İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 538 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 471 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 311 810 nəfərə çatıb. Virus daşıyıcılarından 4 437 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 101 599 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,37 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.

Milli.Az