Azərbaycan vətəndaşları ötən il Türkiyədə 1 279 ev alıb

14 Yanvar 2021 16:47

Ötən il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ev alıb ki, bu da əvvəlki illə müqayisədə 7,4% çoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Statistika İdarəsinin açıqlamasında deyilir.

Təkcə dekabrda Azərbaycan vətəndaşları qonşu ölkədə 155 evə (+6,2%) sahib olub.

Ümumiyyətlə, 2020-ci ildə əcnəbilər tərəfindən Türkiyədə 41 298 daşınmaz əmlak obyekti (-10,2%) alınıb ki, bunun 4 479-u dekabrda (-16,3%) əldə olunub.

Milli.Az