Rusiyada son sutkada 570 nəfər koronavirusun qurbanı olub

14 Yanvar 2021 16:36

Rusiyada koronavirusa yoluxanların sayı 3,49 milyonu keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 24 763 nəfər virusa yoluxub, 570 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 495 816 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 63 940 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 882 044 şəxs virusdan sağalıb, 549 832 nəfərin müalicəsi isə davam edir.

Milli.Az