3 şəhid anasına Azərbaycan vətəndaşlığı verildi

14 Yanvar 2021 14:46

2020-ci ildə Azərbaycan vətəndaşlığı verilən şəxslərin sayı məlum olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən il 409 nəfər Azərbaycan vətəndaşlığına qəbul, 8 nəfər isə vətəndaşlığa bərpa olunub:

"Bildiyimiz ki, Yeni il bayramı ərəfəsində müraciətləri əsasında 3 şəhid anasına da Azərbaycan vətəndaşlığı verilib".

Milli.Az