Şuşada qəza: bir hərbçi həlak oldu, iki hərbçi yaralandı

14 Yanvar 2021 11:58

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

Milli.Az