İş-yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayı artıb

14 Yanvar 2021 13:35

Ölkədə müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında artım qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, ötən il 12599 nəfər elektron xidmətlərə müraciət edib:

"2019-cu ildə isə bu rəqəm 1475 nəfər təşkil edib. Elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə olunur. ""ASAN Xidmət" indeksinə əsasən, Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticə - 85,54 faiz göstərib".

Milli.Az