Müharibə zamanı evlərinə ziyan dəymiş ailələrin 90 faizindən çoxuna maddi yardım ödənilib

14 Yanvar 2021 11:34

Ermənilərin Vətən müharibəsi zamanı mülki əhalini atəşə tutması nəticəsində evlərinə ziyan dəymiş ailələrin 94.5 faizinə maddi yardım göstərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, artıq yardım üçün ayrılan pullar həmin şəxslərin kartlarına köçürülüb:

"Bu prosesdə bəzi texniki problemlər var və onlar ondan ibarətdir ki, bu kateqoriyaya aid olan bəzi vətəndaşlar ölkədən kənardadırlar. Pandemiya səbəbindən onların gəliş-gedişi problemlidir, bundan əlavə COVİD-19-a yoluxan da var ki, hazırda onlar xəstəxanadadır. Eyni zamanda sənədlərində hansısa uyğunsuzluq olanlar da var".

İ.Məmmədov qeyd edib ki, məsələ ilə bağlı bütün müraciətlər ədalətli şəkildə araşdırılacaq.

Milli.Az