Pandemiya dövründə ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlandı

14 Yanvar 2021 13:19

Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59963 olub:

"25385 Gürcüstan, 23583 Rusiya, 3626 Türkiyə, 1736 Ukrayna, 835 Pakistan vətəndaşının, digər ölkələrdən isə 4795 nəfərin Azərbaycanda yaşaması leqallaşdırılıb".

Milli.Az