Ermənistanda koronavirusla bağlı son vəziyyət

14 Yanvar 2021 13:02

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 448 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 163 576 yoluxma qeydə alınıb.

Ermənistanda indiyədək COVID-19-dan 2963 nəfər ölüb.

Milli.Az