Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 357 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 244 612, ölənlərin sayı isə 2 867 nəfərə çatıb.
Virusa yoluxanlardan 228 359 nəfərin sağaldığı bildirilir.
Milli.Az